4.16.2015

9a sinfinin məqalələri

Bu gün 9a sinif şagirdləri Azərbaycan dili dərsində əməli yazı nümunələrindən məqaləni necə mənimsədiklərini öz yazıları ilə nümayiş etdirdilər. Bir-birindən maraqlı məqalələri təqdim edirik:



3.12.2015

Şagird Məclisi bu dəfə özündən danışdı

Bu gün Şagird Məclisinin növbəti toplantısı keçirildi. Məclisin fevral ayı ərzində olan fəaliyyəti, nailiyyətləri və qarşılaşdıqları çətinliklər əsas gündəlik məsələlər sırasında yer alırdı. Komissiyalar gördükləri işlər barədə məruzə etdikdən sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Vələddin müəllim şagirdlərin işlərinə münasibət bildirdi və onlara növbəti fəaliyyətləri sahəsində məsləhətlər verdi. Məktəbimizin direktoru Rəhilə xanım Baxşiyeva şagirdlərə öz vəzifələrinin öhdəsindən nə cür gələcəkləri barədə söhbət etdi. Toplantı mart ayında  qarşıda duran vəzifələr, görüləcək işlərin planlaşdırılması ilə yekunlaşdı. 


2.12.2015

Şagird Məclisinin növbəti iclası keçirildi

Bu gün Şagird Məclisinin növbəti iclası keçirildi. İlk iclasda şagirdlərlə müzakirə olunan məsələlərin həlli istiqamətində görülmüş işlərə nəzər salındıqdan sonra şagirdlərin məktəbdə qarşılaşdıqları probləmlər dinlənildi, onların sualları cavablandırıldı və müxtəlif məsələlər barədə hazırladıqları təkliflər dinlənildi. Daha sonra irad və təkliflər qutusu Məclis üzvlərinin iştirakı ilə açılıb oxundu, yazılan məsələlər müzakirə olunaraq qeydlər aparıldı, komissiyalara müvafiq tapşırıqlar verildi.






2.04.2015

Şagird Məclisi


 Bu gün məktəbimizdə Şagird Məcilisinin ilk iclası kecirildi. İclasda məktəbin və şagirdlərin gündəlik məsəllələri müzakirə olundu. Şagirdlər öz fikirlərini məktəb rəhbərliyinə bildirdi. İclasda məcilisin spikeri, vitse -pikerləri, katib və komissiya üzvləri səsvermə yolu olə seçildi.

   Spiker:           Əliyeva Süphanə
   Vitse spiker:  Həsənəliyev Kənan
                          Əsgərli Şükür
   Katib:             Abdulxalıqova Aydan

  Komissiya heyəti 5 qurupa bölündü:
1. Təhsildə keyfiyyətin yüksəldilməsi komissiyası.
2. Şagird hüquqlarının müdafiyəsi komissiyası.
3. Nizam-intizam və münaqişə komissiyası.
4. Asudə vaxtın təşkili komissiyası.
5. Mətbuat xidməti komissiyası.